Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gerye yenidən Türkiyəyə qayıda bilər

Gerye yenidən Türkiyəyə qayıda bilər

Tarix: 19 May 2020 20:52

"Neftçi"nin haitili legioneri Donald Geryenin klubu tərk edəcəyi ilə bağlı xəbərlər var.

Milli.Az Trend-ə istinadən bildirir ki, futbolçunun yenidən "Qarabağ"a qayıdacağı gözlənilsə də hazırda ona yeni təkliflər var. Futbolçunun keçmiş klubu Türkiyə Superliqasında çıxış edən "Alanyaspor" onu öz heyətində görmək istəyir. Hələlik Gerye qərarını verməyib. Əgər "Neftçi" ilə müqaviləni uzatmasa, onun Türkiyəyə yollanacağı istisna edilmir.

Gerye 2018-ci ildə məhz "Alanyaspor" klubundan "Qarabağ"a transfer olunub, daha sonra karyerasını "Neftçi"də davam etdirib.

Milli.Az


Etiketlər:  Gerye yenidən Türkiyəyə qayıda bilər


RƏYLƏR