Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2019 17:57
Bakı. Trend:
Lənkəranda qohumunun evindən ardıcıl oğurluq edən yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aldatma yolu ilə E.Nəcəfovanın mənzilinə girərək oradan 200 manat pul və mobil telefon aparmaqda şübhəli bilinən ev sahibəsinin qohumu olan bir yeniyetmə, Lənkəran şəhər sakini İ.Hacıyev, Ucar rayon sakini Ə.Həsənzadə və Xızı rayon sakini F.İlyasov saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanılıb.
M.Tağızadə və İ.Hacıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların 2018-ci ilin mart ayında həmin evdən soyğunçuluq yolu ilə 6000 manat pul aparmaları da müəyyən edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin