Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 11:33
Bakı. Samir Əli – Trend:
Azərbaycanda miqrantların xüsusi karantin dövründə SMS yazaraq evdən çıxması ilə bağlı heç bir problem olmayıb.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən onlayn brifinqdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, ölkəmizdə yaşamaq icazəsi olan şəxslər şəxsiyyət vəsiqəsinin kodunu 8103-ə göndərməklə evdən çıxa bilirdilər:
“Vizasız şəxslər isə internet üzərindən bu müraciətləri edə bilirdilər. Bu sahədə heç bir problem olmayıb. Həmin şəxslərdən heç kim karantin dövründə problemlə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməyib”.