Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanda karantin dövründə miqrantların evdən çıxmasında problem olmayıb''

''Azərbaycanda karantin dövründə miqrantların evdən çıxmasında problem olmayıb''

Tarix: 20 May 2020 11:46

Azərbaycanda miqrantların xüsusi karantin dövründə SMS yazaraq evdən çıxması ilə bağlı heç bir problem olmayıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən onlayn brifinqdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, ölkəmizdə yaşamaq icazəsi olan şəxslər şəxsiyyət vəsiqəsinin kodunu 8103-ə göndərməklə evdən çıxa bilirdilər:

"Vizasız şəxslər isə internet üzərindən bu müraciətləri edə bilirdilər. Bu sahədə heç bir problem olmayıb. Həmin şəxslərdən heç kim karantin dövründə problemlə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməyib".


Etiketlər:  Azərbaycanda karantin dövründə miqrantların evdən çıxmasında problem olmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ