Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 21:00
Bakı. Trend:
Bir vaxtlar Azərbaycanda oynamış paraqvaylı futbolçu Derlis Meza Kolli yenidən ölkəmizə qayıda bilər.
Trend-in məlumatına görə, bu barədə futbolçunun özü məlumat verib.
Hazırda Rumıniyanın “Petrolul” klubunda oynayan yarımmüdafiəçi bildirib ki, onunla Azərbaycanın iki klubu maraqlanır. Kolli hər şeyin mövsümün sonunda dəqiqləşəcəyini deyib.
Xatırladaq ki, Derlis Kolli ölkəmizdə “Neftçi”, “İnter” və “Qəbələ”də oynayıb.