Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 13:04
Almaniyanın II Bundesliqa klubu "Sankt Pauli"nin futbolçusu Boris Taşinin karyerasını Azərbaycanda davam etdirmək ehtimalı olub.
Sonxeber.net sport24.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın gənclər millisinin sabiq üzvü özü deyib.
27 yaşlı hücumçu bu variantın 2013-cü ildə yarandığını bildirib. Həmin vaxt "Çernomorets"in oyunçusu olan Taşi icarə əsasında "Hoverla"nın formasını geyinib və o ərəfədə ona ölkəmizə yollanmaq təklifi olunduğunu söyləyib:
"Odessada məzuniyyətdə idi. Klubumda məni təlim-məşq toplanışına aparmayacaqlarını dedilər. Səbəbini soruşuram.Dedilər ki, vacib deyil, ancaq mənim üçün bir seçim var - Azərbaycanda icarədə oynamaq. Buna inana bilmədim. 19-20 yaşım var, baş məşqçi Vyaçeslav Qroznə deyir ki, toplanışa aparılmayacaqsan. Bir ildən sonra isə "Ştutqart"ın heyətində Dortmund "Borussiya"sına qarşı matçda debüt etdim".
Qeyd edək ki, cari mövsüm 15 oyunda meydana çıxan Boris 1 məhsuldar ötürmə ilə kifayətlənib.