Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 17:48
Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycanın meşə zolaqları artmaqdadır.
Trend-in məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2008-ci ildə ölkə ərazisinin 11,4 faizi meşə ilə örtülü olub: “Hazırda isə bu faiz 12-yə çatıb və artma tendensiyası davam etməkdədir. Ancaq çox təəssüf ki, bölgələrdə ağacların kəsilmə halları da müşahidə olunur. Bunlar kənd sakinləri tərəfindən edilir, bəzi hallarda meşə bələdçilərinin özləri də onlarla əlbir olurlar”.
Hikmət Əlizadə əlavə edib ki, belə şəxslərlə bağlı hüquqi ölçü götürülür.