Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 20:30
Türkiyənin iki nəhəng klubu - "Fənərbağça" və "Beşiktaş" 16 yaşlı Bilal Budakı transfer etmək üçün mübarizə aparır.
"Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, artıq İstanbul klublarının nümayəndələri futbolçunun məxsus olduğu "Manisaspor" klubunun rəhbərliyi ilə görüşüb.
Türkiyə mətbuatı yazır ki, futbolçu cari mövsümün sonunda ona elçi düşən iki klubdan biri ilə müqaviləyə imza atacaq.
Yarımmüdafiəçi mövqeyində çıxış edən B.Budak yüksək texnikası və dəqiq ötürmələri ilə güclü klubların diqqətini özünə cəlb edib.