Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 20:44
Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 21 may tarixində Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib.
Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.
Bundan əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq "AZAL" aviaşirkəti Berlindən çarter reysi həyata keçirib.