Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 05:32
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada koronavirus və əlaqəli xəstəliklərdən daha 73 xəstə ölüb.
Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətə nəzarət və monitorinq üzrə əməliyyat qərargahında bildiriblər.
Bildirilib ki, Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı edilən testlərin müsbət çıxdığı 73 xəstə vəfat edib.
Ümumilikdə paytaxtda koronavirusa yoluxma təsdiq edilmiş 1867 nəfər ölüb.
Son məlumatlara görə, Moskvada koronavirusa yoluxma hallarının sayı 155 219 nəfər təşkil edir, ümumilikdə 40 682 nəfər sağalıb.