Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soltan Məmmədov: REACT-C19 layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir

Soltan Məmmədov: REACT-C19 layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir

Tarix: 22 May 2020 09:57

"Azərbaycanda pandemiya ilə mübarizənin ilk günlərindən dövlət başçısı, cənab Prezidentin "Biz birlikdə güclüyük!" çağırışından sonra ölkədə bütün dövlət qurumları, QHT, sahibkarlar, ictimaiyyət və beynəlxalq təşkilatlar imkanları səfərbər olaraq geniş miqyaslı tədbirlərin icrasında başlanılıb".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransı deyib.

Onun sözlərinə görə, bir ay əvvəl Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə Heydər Əliyev Fondu, TƏBİB və ÜST tərəfindən koronovirusla mübarizədə REACT-C19 layihəsinin icrasına başlanmışdır:

"REACT-C19 layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir.

İctimaiyyət və mətbuat ölkədə hər bir sahədə görülən işlər barədə davamlı olaraq məlumatlandırılır. İqtisadiyyat, sosial siyasət, səhiyyə sahəsində görülən işlər göz qabağındadır. Sahibkarlara dəstək istiqamətində həyata keçirilən vergi siyasəti, maddi dəstək, aztməniatlı ailələrın maddi rifahının qorunması, pandemiyanın özünəməşğulluq siyasətinə göstərə biləcək mənfi təsirlərin qarşısının alınması üçün qanunvericilik bazasındakı müvafiq dəyişikliklər ölkədə həyata keçirilən uğurlu sosial və iqtisadi siyasətin göstəricisidir".

S.Məmmədov əlavə edib ki, səhiyyə sahəsində pandemiya elan olunmamışdan öncə görülən qabaqlayıcı tədbirlər və bu gün də bu işin davam etdirilməsi ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən müşahidə olunan uğura yol açıb:

"Bu gün qeyd etdiyimiz layihə ölkədə bütün sahələrdə davamlı həyata keçirilən islahatlar çərçivəsində prioritet yer tutan kadr potensialının gücləndirilməsi tədbirlərinin bir nümunəsidir. Bir aylıq icrasını qeyd etdiyimiz REACT-C19 layihəsi səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə paralel olaraq fədakarlıqla ön cəbhədə çalışan tibb işçilərimizin davamlı olaraq bilik və bacarıqlarının yüksəlməsi, beynəlxalq təcrübədən bəhrələnməsi və lazımi elmi-texniki dəstəyin alınması üçün çox önəmli dəstəkdir. Əminəm ki, layihənin növbəti mərhələdə icrası uğurla davam edəcək və biz layihənin davamlı müsbət nəticələrinin şahidi olacağıq".


Etiketlər:  Soltan Məmmədov REACT layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ