Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2019 14:44
Braziliya millisinin zədəli futbolçusu Neymarın durumuna aydınlıq gəlib.
Qol.az xəbər verir ki, 27 yaşlı hücumçunun sağalma prosesi təxminən bir ay davam edəcək. O, gözlənilənin əksinə olaraq əməliyyat olunmayacaq. Bu barədə Neymarın çıxış etdiyi PSJ klubunun rəsmi saytı məlumat yayıb.
Ancaq Neymarın Braziliya millisi ilə Amerika kubokunda iştirak edə bilməyəcəyi dəqiqdir. Amerika kuboku 15 iyun-7 iyul tarixlərində keçiriləcək.