Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğuzda 12 yaşlı uşağın parçalanmış meyiti tapıldı

Oğuzda 12 yaşlı uşağın parçalanmış meyiti tapıldı

Tarix: 22 May 2020 10:18

Bakı. Samir Əli - Trend:

Oğuz rayonunda 1 gün əvvəl itkin düşən azyaşlının meyiti tapılıb.

Trend-in məlumatına görə, hadisə mayın 21-də baş verib. Rayon sakini, 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Mayın 22-də səhər saatlarında onun meyiti yaşadığı ərazinin yaxınlığındakı meşədə aşkarlanıb. Azyaşlının meyiti parçalanmış vəziyyətdə tapılıb. İlkin ehtimala görə, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.

Hazırda uşağın meyiti üzərində zorakılıq əlamətlərinin olub-olmadığı və qətl versiyası araşdırılır. Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Oğuzda yaşlı uşağın parçalanmış meyiti tapıldı


RƏYLƏR