Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Onunla çəkdirdiyim şəkil indiyə qədər votsap profilimdədir - Nazarov

Tarix: 22 May 2020 10:28

Millimizin və Almaniyanın “Ersgebirge” klubunun üzvü Dmitri Nazarov məşhur aktyor Stiven Siqalla görüşündən danışıb.

Qol.az “tag24”ə istnadən xəbər verir ki, dünya şöhrətli aktyorun filmlərini izlədiyini deyən 30 yaşlı yarımmüdafiçi bu görüşün onun üçün yaxşı təcrübə olduğunu bildirib:

"Azərbaycan millisi ilə Norveçə qarşı keçirdiyimiz görüşdən öncə Siqalla görüşmüşdük. O, döyüş sənətləri məktəbi açmaq üçün Bakıya gəlmişdi. Komandamızın otelində iki gecə keçirdi və matçı izlədi. Beləliklə, onunla bir araya gəlmək imkanımız oldu. Mənim üçün yaxşı təcrübə idi, çünki onun filmlərinə baxmağı xoşlayıram. Həmin vaxt onunla çəkdirdiyim şəkil indiyə qədər “votsap” profilimdədir”.

 


Etiketlər:  Onunla çəkdirdiyim şəkil indiyə qədər votsap profilimdədir Nazarov


RƏYLƏR