Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 17:00
Smartfonların selfi modulları əksər hallarda birbaşa təyinatı üzrə tətbiq edilir, ancaq bu yaxınlarda alimlər mobil kameralardan istifadənin daha orijinal metodunu hazırlayıblar. Yeni alqoritm istifadəçinin şəkillərini ətraflı şəkildə araşdıraraq müxtəlif xəstəliklərə yüksək dəqiqliklə diaqnoz qoymaq qabiliyyətinə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, İndianapolis Universitetinin tədqiqatçıları göz qapaqlarının şəkillərinin təhlili əsasında qanda hemoqlobinin səviyyəsinin ölçülməsi üçün yeni bir metod hazırlayıblar. Mütəxəssislər bu parametrin insanın sağlamlıq vəziyyətinin mühüm göstəricisi olduğunu nəzərə alaraq öz hazırlamalarını "distant diaqnostikanın ən perspektivli üsullarından biri” kimi təqdim edirlər. Texnologiyanın işləməsi üçün heç bir xüsusi avadanlıq tələb olunmur və bütün hesablamalar smartfonda həyata keçirilir.
Alimlərin bəyanatına görə, könüllülərin iştirakı ilə keçirilmiş sınaqlar zamanı mobil analizin səhvi 5%-10% aralığında olub. Müvafiq mobil proqramın çıxarılma tarixi hələ elan edilməyib.
Emil Hüseynov