Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 07:48
Bakı. Trend:
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya və "Suriya Demokratik Qüvvələri"nin İŞİD terror qruplaşmasına qarşı birgə əməliyyatı keçirilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının iki lideri məhv edilib.
Bildirilir ki, qruplaşmanın liderləri Əhməd İsa İsmayıl əz-Zavi və Əhməd Abd Məhəmməd Həsən əl-Cuqayfi məhv edildiyi əməliyyat mayın 17-si keçirilib.
Qeyd edilir ki, Əhməd İsa İsmayıl əz-Zavi Bağdadın şimalında rəhbərliyin göstərişlərinin qruplaşma üzvləri arasında yayılması, Əhməd Abd Məhəmməd Həsən əl-Cuqayfi isə silahların əldə olunması və daşınması ilə məşğul olublar.