Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 21:20
"Tottenhem"in futbolçusu Mussa Sissoko Çempionlar Liqasının yarımfinalında "Ayaks"la ilk oyunu buraxa bilər.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçiisi Maurisio Poçettino məlumat verib: "O, maksimum iki həftəyə bərpa olunacaq. Ancaq biz Mussanın daha tez sağalmasını istəyirik. Mənim proqnozum optimist deyil".
Qeyd edək ki, "Tottenhem" - "Ayaks" görüşü aprelin 30-u keçiriləcək.
Xatırladaq ki, Sissoko ÇL-in 1/4 finalında "Mançester Siti" ilə cavab oyunuda (3:4) zədələnib.