Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 01:24
Millətlər Liqasında "Dördlər finalı"nın ən sərrast oyunçusu müəyyənləşib.
Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Portuqaliya seçməsinin kapitanı Kriştiano Ronaldo turnirin bombardiri adına layiq görülüb. Finalda fərqlənə bilməsə də, İsveçrə ilə yarımfinal matçında (3:1) het-trik edən 34 yaşlı superulduz bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, finalda Hollandiyanı 1:0 hesabı ilə məğlub edən Portuqaliya ilk dəfə təşkil olunan Millətlər Liqasının qalibi olub.