Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 14:15
İspaniyanın Rovira i Virgili Universiteti ilə ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri ürək xəstəliklərindən qorunmağın səmərəli üsulunu açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, alimlər müəyyən edib ki, balıqda və qida əlavələrində omeqa-3 və doymamış yağ turşuları ürək-damar xəstəlikləri riskini azaldır. Bu turşuların faydalı xassələri sayəsində ürək əzələsini möhkəmləndirmək olar.
Tədqiqatda 26 mindən çox qadın iştirak edib. Həmin şəxslərin orta yaşı 53-ə bərabər olub.
Məlum olub ki, balıq və omeqa-3 tərkibli qida əlavələrinin daha çox qidada istifadə olunması tərkibində triqliserid və xolesterin olan lipoproteinlərin azalmasına səbəb olur.