Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 19:08
Koronavirus pandemiyasından dolayı bir çox e-idman turniri ya ləğv edilib, ya da onlayn şəkildə keçirilməsinə qərar verilib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, onlayn şəkildə keçirilən CS:GO qadınlar turnirinə qatılmaq istəyən kişi qadın qılığına girib.
Lenovo tərəfindən təşkil edilən Counter-Strike: Global Offensive turnirinə qatılan kişi qadın kimi görünmək üçün parik taxıb. Üzünü isə tibbi maska vasitəsilə gizlədib.
Ancaq bütün bu səylərinə rəğmən diqqətli iştirakçılar sayəsində həmin şəxsin yalanı üzə çıxıb.
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı Lenovo rəsmiləri hələlik açıqlama verməyiblər. İştirakçının sadəcə diskalifikasiya ediləcəyi, yaxud hansısa cəza alacağı barədə məlumat yoxdur.