Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2020 08:20
Bakı. Trend:
ABŞ Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "ABŞ administrasiyası tibbi yardım kimi Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərir. ABŞ Braziliya hökumətinin ciddi səylərini (pandemiya ilə mübarizədə - red.) görür və tezliklə müdafiə və ticarət sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir".
Qeyd edək ki, daha əvvəl ABŞ son 14 gün ərzində Braziliyaya səfər etmiş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.