Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2020 20:21
Qaraciyər qanımızı təmizləyir, toksinləri zərərsizləşdirir, qidalı maddələri bədənə ötürür, bütün bədəni idarə edir, eləcə də öz-özünü bərpa etməyə qadirdir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, qaraciyər hüceyrələrinin özünübərpa işini dəstəkləmək və onda yığılıb qalmış toksin qalıqlarını çıxarmaq üçün gündə 2 litrə yaxın təmiz su və ya bitki çayları içmək lazımdır.
Eləcə də hepatoloqlar qaraciyərə faydalı olub, onu bərpa edən A, C vitamini, Omeqa 3 ilə zəngin meyvə tərəvəzlərin siyahısını hazırlayıblar.
Bunlar:
- Sitrus meyvələri
- İçi iri çəyirdəkli meyvələr - şaftalı, ərik, avokado, manqo
- Gilas, böyürtkən, albalı
- Alma və armud
- Kök, çuğundur
- Bütün növ kələmlər
- Qarpız, balqabaq, yemiş
Yaxşı olar ki, bu məhsulları çiy halda yeyəsiz və ya şirəsini hazırlayıb kurs -kurs içəsiniz.
Eləcə də tərəvəzlərdən və meyvələrdən salat hazırlayıb hər axşam yeyə bilərsiniz.