Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 17:56
Bakı. Trend:
Ötən mövsümün sonunda "Qəbələ"dən (2017-2019) "Neftçi"yə keçən Stiven Jozef-Monroz klubdan ayrıla bilər.
Trend-in məlumatına görə, fransalı hücumçu maaşının artırılmasını tələb edib. Klubla hələ 1 illik müqaviləsinin olmasına rəğmən, Monroz indidən yeni komanda axtarışına çıxıb. Ona Türkiyə, BƏƏ, Qətər və Rusiyadan təkliflər gəlib.
Xatırladaq ki, Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan 29 yaşlı legioner Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət millilərində forma geyinib.