Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stiven Monroz ''Neftçi''dən gedə bilər

Stiven Monroz ''Neftçi''dən gedə bilər

Tarix: 26 May 2020 18:24

Ötən mövsümün sonunda "Qəbələ"dən (2017-2019) "Neftçi"yə keçən Stiven Jozef-Monroz klubdan ayrıla bilər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, fransalı hücumçu maaşının artırılmasını tələb edib. Klubla hələ 1 illik müqaviləsinin olmasına rəğmən, Monroz indidən yeni komanda axtarışına çıxıb. Ona Türkiyə, BƏƏ, Qətər və Rusiyadan təkliflər gəlib.

Xatırladaq ki, Monroz Fransanın "Lans" (2008-2011), "Şatoru" (2010), "Brest" (2015-2017), Belçikanın "Kortreyk" (2011-2012) və "Genk" (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan 29 yaşlı legioner Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət millilərində forma geyinib.


Etiketlər:  Stiven Monroz Neftçidən gedə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ