Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə ölkədaxili dəmiryolu nəqliyyatı bərpa olunur

Türkiyədə ölkədaxili dəmiryolu nəqliyyatı bərpa olunur

Tarix: 27 May 2020 09:52

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə ölkədaxili dəmiryolu nəqliyyatının hərəkəti bərpa olunur.

Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastuktur Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, koronavirus pandemiyasından sonra ilk dəmiryolu reysi mayın 28-də yerli vaxtla saat 07:00-da baş tutacaq.

İlk reys Ankara ilə İstanbul arasında olacaq, gün ərzində 16 reys həyata keçiriləcək.

Qeyd edək ki, bu günədək Türkiyədə 158 762 nəfər koronavirusa yoluxub, 4 397 nəfər ölüb, 121 507 nəfər müalicə olunub.


Etiketlər:  Türkiyədə ölkədaxili dəmiryolu nəqliyyatı bərpa olunur


RƏYLƏR