Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 14:24
Bakı. Trend:
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın hərbi blok üçün əsas təhlükə adlandırıb.
Trend-in məlumatına görə, bu fikri o, Serbiyanın "Siyasət" qəzetinə müsahibəsi zamanı səsləndirib.
Baş katib deyib: "Danılmazdır ki, uzun illərdir təhlükəsizlik sahəsində gözlənilməz vəziyyətlərlə qarşı-qarşıya dayanmışıq. Bunlar Rusiyanın daha aqressiv siyasəti, kibertəhlükəsizlik, hibrid təhlükələr, Yaxın Şərq və Şimali Afrikada qeyri-sabitlik və davam edən terror təhlükəsidir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin