Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 16:48
Bakı. Trend:
İtaliyada “Ndrangeta” mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend-in məlumatına görə, Kalabriya vilayət prokurorluğunun keçirdiyi əməliyyatda 500 nəfərə yaxın polis əməkdaşı iştirak edib.
Əməliyyat zamanı onlarla şəxs saxlanılıb. Bundan başqa, mafiya ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 11 dövlət məmuru da istintaqa cəlb olunub.
Əməliyyat Kalabriya vilayəti ilə yanaşı, Siciliya, Kampaniya, Lombardiya və digər vilayətlərdə keçirilib.