Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 22:16
YouTube "Signature Devices" siyahısına 5 telefonu da əlavə edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin rəsmiləri deyiblər.
Bildirilib ki, siyahıya əlavə olunan yeni telefon modelləri OnePlus 8, OnePlus 8 Pro, LG V60 ThinQ, Motorola Edge ve Motorola Edge+ modelləridir.
Xatırladaq ki, YouTube təxmini 2 il öncə Signature Devices siyahısında 18 smartfona yer vermişdi.
Bir telefonun bu siyahıya daxil olması üçün isə aşağıdakı göstəricilərə sahib olması əsas şərtdir:
HDR, 360 keyfiyyətli video, 4K kodlaşdırma, yüksək sürət, VP9 kodek və DRM performansı.