Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 10:30
Bundesliqa təmsilçisi “Union Berlin” hücumçusu Sebastyan Polteri oyunlarda iştirakdan kənarlaşdırıb.
Qol.az-ın xəbərinə görə, bu barədə klubun yaydığı açıqlamada bildirilir. Qeyd edilib ki, koronavirus pandemiyası dövründə Polter klubda maaşının azaldılmasına etiraz edən yeganə futbolçu olub:
"Klubumuzun əsas dəyərlərindən biri hamının bir-birinə dəstək verməsidir. Təəssüf ki, Sebastyan bunu etməyən yeganə oyunçu oldu. Bu, bizi məyus edir. Hesab edirik ki, qarşıdakı görüşlərdə Polter komandamızın tərkib hissəsi ola bilməz. Bu qərar dərhal qüvvəyə minir”.
Hazırda 29 yaşlı alman futbolçu komanda ilə ümumi məşqlərdə iştirak etsə də, mövsümün sonuna qədər matçlara sifariş olunmayacaq.