Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 18:26
Ölkədə aktiv xəstələrin sayı ilə yanaşı, ağır vəziyyətdə olan xəstələrin də sayı artıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bayram həftəsinin olmasına baxmayaraq, Operativ Qərargahın tibbi bölməsi əsk epidemik istiqamətdə fəaliyyətini fasiləsiz olaraq, davam etdirib.
R.Bayramlı qeyd edib ki, bu gün ilk dəfə olaraq, 200-dən çox insanda koronavirus aşkarlanıb. Artıq daha çox hədəf qrupları üzərində testin aparılmasına üstünlük verilir.
Birlik sədri əlavə edib ki, hazırda 22 xəstəxanada 1 806 aktiv xəstə müalicə edilir: "Yoluxma sayı həftələr üzrə artan istiqamət üzrə qeydə alınıb. 18-24 mayda tarixlərində 848, ondan əvvlki həftə ərzində 755 nəfərdə koronavirus xəstəsi aşkarlanıb".