Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tunis prezidenti fövqəladə vəziyyət rejimini altı ay uzadıb

Tunis prezidenti fövqəladə vəziyyət rejimini altı ay uzadıb

Tarix: 30 May 2020 07:44

Bakı. Trend:

Tunis prezidenti Kais Said ölkə daxilində fövqəladə vəziyyət rejimini altı ay uzatmaq haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə ölkə başçısının mətbuat xidməti bildirib.

Məlumatda deyilir: "Prezident Tunis Respublikasında fövqəladə vəziyyət rejimini 30 may 2020-ci ildən başlayaraq altı ay müddətinə uzatmaq qərarına gəlib".

Tunisdə fövqəladə vəziyyət rejimi 24 noyabr 2015-ci ildə, paytaxtın mərkəzində Daxili İşlər Nazirliyi və Turizm Nazirliyinin binaları yaxınlığında terror aktı törədildiyi zaman tətbiq edilib. Prezident mühafizəsi olan avtobusa intiharçı hücumu nəticəsində 13 nəfər ölüb, daha 20 nəfər yaralanıb.


Etiketlər:  Tunis prezidenti fövqəladə vəziyyət rejimini altı ay uzadıb


RƏYLƏR