Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 08:48
Son aylar ərzində Xiaomi şirkəti və ona məxsus Redmi brendi çoxlu sayda 5G dəstəkli smartfon modeli təqdim ediblər. Bununla paralel olaraq şirkət özündə olan smartfon seriyalarını 5G standartına keçirtməkdən əlavə olaraq 6G standartı üzərində də tədqiqatlar aparır. Bunun fonunda şirkət 4G dəstəkli smartfonların istehsalını tamamilə dayandırmağı planlaşdırır. Bu barədə 4pda saytı xəbər verib.
Xiaomi şirkətinin general direktoru olan Lei Jun qeyd edib ki, şirkət 5G standartlı cihazlar ekosistemini inkişaf etdirməyə aktiv şəkildə davam edəcək. Onun fikirlərinə əsasən bütün dünyada artıq istifadəyə verilən 5G şəbəkə standartı cloud gaming, avtopilot sistemləri, 4K / 8K keyfiyyətli videokonfransların yaradılması və s. kimi sahələrdə böyük perspektivlər təqdim edir. Lei Jun-un sözlərinə əsasən Xiaomi şirkəti artıq bu ilin sonuna kimi 5G standartı əsasında çalışmayan smartfonların istehsalından tamamilə imtina edə bilər.