Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 15:36
Bakı. Trend:
Bakı şəhər sakini V.Aslanovun avtomobilindən noutbuk oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini V.Aslanovun “Audi” markalı avtomobilindən noutbuk oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini C.Həmidov və paytaxt sakinləri, əvvəllər məhkum olmuşlar S.Bayramov və A.Zamanov saxlanılıblar.