Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkidə görünən ayıya görə nazirlik mütəxəssis heyəti göndərdi (FOTO) (ƏLAVƏ OLUNUB)

Şəkidə görünən ayıya görə nazirlik mütəxəssis heyəti göndərdi (FOTO) (ƏLAVƏ OLUNUB)

Tarix: 31 May 2020 10:00

Bakı. Trend:

Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib.

“Bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin”.

Nazirliyin sözçüsü qeyd edib ki, hələ də təhlükə olduğunu nəzərə alaraq bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyatlı olsunlar.

XXX

09:08

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

Şəki regional ekologiya idarəsindən Trend-ə verilən məlumata görə, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi, Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.

Şəkidə görünən ayıya görə nazirlik mütəxəssis heyəti göndərdi (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image


Etiketlər:  Şəkidə görünən ayıya görə nazirlik mütəxəssis heyəti göndərdi FOTO ƏLAVƏ OLUNUB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ