Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 12:24
Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəki şəhərindəki Qurcana çayının tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan şikayət regional ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Qurcana çayının tullantılarla çirkləndirilməsi faktı təsdiqini tapıb. Faktla bağlı akt tərtib olunub.
Nazirliyin əməkdaşlarının nəzarəti ilə Şəki Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən çay tullantılardan təmizlənib.