Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bitcoin şəbəkəsində “qəribə” tranzaksiya

Bitcoin şəbəkəsində “qəribə” tranzaksiya

Tarix: 31 May 2020 19:04

Bitcoin şəbəkəsində "qəribə" tranzaksiya baş verib. Məsələ ondadır ki, həmin gün 2009-cu ildə mayninq edilən və 11 il tərpənməz qalan 50 BTC dəyərinə köçürmə həyata keçirilib. Tranzaksiya 40 və 10 BTC-yə bölünməklə həyata keçirilib. Daha kiçik bir hissəsi bitcoin-mikserə göndərilib. BTC-nin bir hissəsi Coinbase birjasına və CoinPayments ödəniş platformasına köçürülüb.

2009-cu ildən hərəkətsiz qalan 50 BTC-nin hərəkətə gəlməsi kripto-cəmiyyəti həyəcanlandırdı. Çünki bu bitcoinlər blockchain işə düşdükdən cəmi bir ay sonra mayninq edilib. O dövrdə isə yalnız bir neçə nəfər mayninq ilə məşğul idi və onlardan biri ilk kriptovalyutanın yaradıcısı Satoshi Nakamoto idi.

Milli.Az


Etiketlər:  Bitcoin şəbəkəsində qəribə tranzaksiya


RƏYLƏR