Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sabahın Sahibkarları”na Ziraat Bank dəstəyi davam edir (FOTO)

“Sabahın Sahibkarları”na Ziraat Bank dəstəyi davam edir (FOTO)

Tarix: 2 Iyun 2020 11:28

Bakı. Trend:

Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə "Ziraat Bank Azərbaycan " ASC də qoşularaq, bir çox sahibkarların öz biznes arzularını həyata keçirmələrinə dəstək verib.

Bankdan Trend-ə verilən məlumata görə, ölkə olaraq keçdiyimiz bu çətin günlərdə Ziraat Bank Azərbaycan İqtisadiyyatının inkişafı üçün çalışır və sosial məsuliyyəti dərk edərək dəstək proqramlarında aktiv iştirak edir.

Ziraat Bank biznesini qurmaq üçün müraciət edən sahibkarlarla əlaqə yaradır, istəklərini dinləyir və onların təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir.

Əlavə olaraq qeyd edək ki, Ziraat Bank Azərbaycan Türkiyə Ziraat Bankının 156 illik təcrübəsi ilə 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

“Sabahın Sahibkarları”na Ziraat Bank dəstəyi davam edir (FOTO) - Gallery Image “Sabahın Sahibkarları”na Ziraat Bank dəstəyi davam edir (FOTO) - Gallery Image


Etiketlər:  Sabahın Sahibkarlarına Ziraat Bank dəstəyi davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ