Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 12:08
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən iclasında Kanada Parlamentinin üzvü Reyçl Harderin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə “təbrik məktubu”nu göndərməsini tənqid edib.
Trend-in məlumatına görə, T.Gəncəliyev Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərdiyini deyib.
O qeyd edib ki, Reyçl Harderin köməkçisi erməni mənşəli Kanada vətəndaşıdır: “Çox böyük ehtimalla həmin köməkçi deputat Reyçl Harderi saxta məlumatlarla təmin edib. Yaxşı olardı ki, deputat belə məlumatları əldə etdikdən sonra onu dəqiqləşdirərdi. Münaqişə ilə bağlı məsələni obyektiv şəkildə öyrəndikdən sonra addım atardı. Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır və yüksək demokratik prinsiplərə, qanunun aliliyinə önəm verir. Kanada kimi bir dövlətin parlamentarisinin belə bir addım atması təəssüf hissi doğurur”.