Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 07:32
Bakı. Trend:
Braziliyada yeni növ koronavirusdan ölənlərin sayı 30 min nəfəri ötüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ötən sutka ərzində koronavirusdan 1 262 nəfər vəfat edib, koronavirusdan ölənlərin ümumi sayı 31 199 nəfərə çatıb.
Bildirilir ki, koronavirusdan öldükləri ehtimal edilən daha 4,3 min nəfərin ölümünün səbəbi araşdırılır. Koronavirusa yoluxanların sayı 28 936 nəfər artaraq, 555 383 nəfərə çatıb.
Qeyd edilir ki, 223 mindən artıq koronavirusa yoluxan şəxs sağalıb və evə buraxılıb.