Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 11:00
"İzzətin bir mahnısı var, çox sevirəm o mahnını. İzzətin ifasında o mahnını çox sevmişəm. Bir zaman çox məşhur idi o mahnı "Yaşım yolun yarısı".
Sonxeber.net xəbər verir ki, bu açıqlamanı "Şou ATV"də aparıcı Nanə Ağamalıyeva deyib.
Verilişdə qonaq olan İzzət Bağırov aparıcının sözünü yarımçıq kəsərək sözügedən mahnı ilə bağlı maraqlı bir faktı açıqlayıb:
"Onda qoy bir dənə açıqlama verim: Nanə o vaxtlar ATV-də radioda çalışırdı. O mahnını gündə bəlkə bir 10 dəfə verirdi. Axırda ona görə töhmət aldı. Ay qız, bəsdir də. Bir müğənninin mahnısını gündə nə qədər verəcəksən?! Dedim "Nanə, etmə də. Elə bilərlər ki, mən sənə nəsə verirəm".
Məhəmməd Vaqif