Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmrəni təhqir edən şəxs danışdı

Əmrəni təhqir edən şəxs danışdı

Tarix: 11 Iyun 2019 13:24

İslandiyada hava limanında Türkiyə millisinin futbolçusu Əmrə Bəlözoğluna tualet fırçası uzadaraq sual verməyə cəhd edən şəxs açıqlama verib.

Qol.az-ın məlumatına görə, 26 yaşlı Korentin Siamanq özünün "Feysbuk" səhifəsində bu addımı təhqir etmək məqsədi ilə atmadığını vurğulayıb:

"Dostlar, İslandiyada başıma çılğın hadisə gəldi. Belçikaya uçacaq təyyarəni gözləyən zaman Türkiyə millisininin hava limanına gələcəyini eşitdim. Anidən çantamdakı qabyuyan fırça ilə özümü jurnalist kimi göstərmək ağlıma gəldi. Mill komandanın kapitanı ilə görüşmək üçün təhlükəsiz işçilərinin gözündən yayınmağı bacardım. Jurnalistlər təəssüf ki, məni kapitanlarına tualet fırçası ilə sual verdiyimi düşündü. Qalmaqal bir anda bütün türk kanallarında və türk mediasında idi. Hətta hadisə ilə bağlı xarici işlər naziri belə fikir bildirdi.

Bu çılğınlıq bitmədi və azarkeşlər kapitanlarına tualet fırçası uzatmağımı qəbuledilməz və utancverici hesab edərək məni sosial mediada axtarmağa başladılar. Mənə nifrət dolu mesajlar göndərdilər.

Onların üç saat hava limanında qalmalarının mənimlə əlaqəsi yoxdur. Gənclər, sakit olaq, tutduğum tualet fırçası deyil, təmiz bir qabyuyan fırçadır. Bu yumordur, onu təhqir etmədim. Bir insana qabyuyan fırça ilə yaxınlaşmağa qadağa qoyan bir qanun da yoxdur, onu sakitcə "Fransa qarşısındakı böyük matçdan sonra özünüzü necə hiss edirsiniz? deyə soruşdum. Son olaraq, qabyuyan fırça, mikrofon olaraq istifadə etmək üçün tualet fırçasından daha uyğundur!".

 


Etiketlər:  Əmrəni təhqir edən şəxs danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ