Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 08:04
"MSI" şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan "Creator 15" portativ kompüterini nümayiş etdirib. Yeni qurğunun əsasını "Intel Comet Lake" aparat platforması təşkil edir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, tətbiq edilən "Core i7-10875H" prosessorunun tərkibinə eyni anda 16-dək təlimat axınını emal edən səkkiz hesablayıcı nüvə daxildir. Əsas maksimal takt tezliyi 2,3 QHs, maksimal 5,1 QHs təşkil edir.
Noutbuk 15,6 düym diaqonallı displeylə təchiz olunub. Böyük versiya 3840 × 2160 piksel təsvir ölçülü "4К" panelə və "Adobe RGB" rəng məkanını 100 faizlik əhatə imkanına malikdir. Bundan başqa, "Full HD" (1920 × 1080 piksel), o cümlədən sensorlu idarəetmə dəstəkli modifikasiyalar mövcuddur.
"DDR4-3200" operativ yaddaş tutumu 64 giqabayta bərabərdir. Həmçinin "М.2" form-faktorlu iki bərkcisimli toplayıcını quraşdırmaq mümkündür.
Noutbuk daktiloskopik skaner, "Wi-Fi 6" (802.11ax) və "Bluetooth 5.1" simsiz rabitə adapterləri, ağ işıqlandırmaya malik klaviatura, 2 vatlıq dinamikə malik audiosistem, "USB 3.2 Gen2 Type-C", "USB 3.2 Gen 2 Type-A", "HDMI" və "RJ45" portları daxildir.
Portativ kompüterin ölçüsü 358,3 × 248 × 18,3-19,8 millimetr, çəkisi 2,1 kiloqram təşkil edir. Enerjini 99,9 vatt-saat tutumlu akkumulyator batareyası təmin edir.