Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tamam Cəfərova: Prezidentin AİB rəhbərliyi ilə görüşü Azərbaycanın qlobal maliyyə mərkəzləri arasında ciddi nüfuzumuzun göstəricisidir

Tamam Cəfərova: Prezidentin AİB rəhbərliyi ilə görüşü Azərbaycanın qlobal maliyyə mərkəzləri arasında ciddi nüfuzumuzun göstəricisidir

Tarix: 5 Iyun 2020 15:00

"Prezidentin AİB rəhbərliyi ilə görüşü Azərbaycanın qlobal maliyyə mərkəzləri arasında ciddi nüfuzumuzun göstəricisidir. Azərbaycanın AİB-lə işgüzar münasibətləri hər zaman şəffaf və səmərəli olub. Bu illər ərzində bir sıra əhəmiyyətli layihələrə imza atılıb. Bankın rəhbər heyəti ilə Cənab Prezident arasında reallaşan videokonfrans, qarşılıqlı etimad və hörmət üzərində qurulmuş tərəfdaşlıq münasibətinin növbəti bir təzahürü idi. Bu görüşün Asiya İnkişaf Bankının təşəbbüsü ilə və xüsusilə də dünya iqtisadiyyatının dərin böhran keçirdiyi, iqtisadi əlaqələrin minimum səviyyəyə endiyi dövrdə keçirilməsi Azərbaycan iqtisadiyyatına olan etimaddan irəli gəlir. Bu, bizim həm sabit və rəqabətə dözümlü tərəfdaş olduğumuzun, həm də qlobal maliyyə mərkəzləri arasında ciddi nüfuzumuzun göstəricisidir".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Prezident İlham Əliyevlə Asiya İnkişaf Bankının rəhbərləri arasında keçirilən onlayn videokonfransa münasibət bildirən Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Millət vəkili bildirib ki, müzakirələr zamanı tərəflər Azərbaycanda AİB-nın maliyyə dəstəyilə görülən işləri yüksək qiymətləndirdilər, cari və yeni layıhələr müzakirə etdilər. AİB əməkdaşlığa başladığı gündən indiyədək, Azərbaycana kredit, qrant və texniki dəstək layihələri çərçivəsində 3,65 milyard dollar həcmində vəsait ayırıb. Yol infrastrukturu, Cənub Qaz Dəhlizi layihəsi, dəmir yollarının yenilənməsi, suvarma sisteminin yenidən qurulması, peşə təhsili sahəsində müxtəlif proqramlar bu bank tərəfindən maliyyələşib və ya maliyyələşməkdədir. Və bank önümüzdəki 3 il ərzində də qeyri-neft sektorunun inkişafını dəstəkləmək niyyətindədir.

Tamam Cəfərova qeyd etdi ki, AİB-nın prezidenti Masatsuqu Asakava COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları etibarlı tərəfdaş olaraq tam şəkildə dəstəklədiklərini bildirdi. Onun sözlərinə görə, Azərbaycanın pandemiya dövründəki dayanıqlı iqtisadi göstəriciləri, yerli özəl biznesi pandemiyanın zərbələrindən sığortalamaq tədbirləri, üstəlik, yeni növ koronavirusun fəsadlarından əziyyət çəkən dövlətələrə, Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə üçün böyük miqdarda yardımlar etməsi diqqətdən kənarda qala bilməzdi.

Prezident cənab İlham Əliyev videokonfrans zamanı Azərbaycan iqtisadiyyatının əlverişli sahələrini qeyd etdi. Müzakirələrdə diqqət çəkən məsələlərdən biri də, peşə təhsili sahəsində müxtəlif proqramların reallaşdırılması ilə bağlı idi. "Cənab Prezidentin vurğuladığı kimi, təkcə bu ilin 4 ayı ərzində qeyri-neft sənayesində 16 faizlik artım müşahidə olunub. Bu isə onu göstərir ki, Azərbaycanda sənayeləşmə, şaxələnmə sürətli inkişaf xəttini tutub. Ancaq Cənab Prezidentin də dediyi kimi, bu artımı təmin etmək və sürətləndirmək üçün biznesi apara bilən mütəxəssislərə ehtiyac var. Bu baxımından, dövlət başçımızın peşə təlimi ilə ciddi məşqul olmaq barədə bank rəhbərliyi qarşısında məsələ qaldırması, özəl sektorun təməlinə verilən qiymət kimi dəyərləndirilməlidir"

Millət vəkili Prezidentin önəm verdiyi əsas sahələrdən biri olan yükdaşımalara da diqqəti çəkib:
"Prezident cənab İlham Əliyev videokonfrans zamanı Azərbaycan iqtisadiyyatının əlverişli sahələrini sadaladı. Bərpa olunan enerji sferası yeni və prioritet istiqamətdir. Şimal-Cənub dəhlizi çərçivəsində ərazimiz vasitəsilə Rusiya və İranın, daha sonra isə bütöv Farz körfəzinin dəmiryolu sisteminin yeni, yüksək sürətli xətlə birləşdirilməsi layihəsinə vəsait yatırmaq rentabellidir. Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi kursu reallığında kənd təsərrüfatı da daxil olmaqla perspektivli sahələr çoxdur. Xarici kapitalın bu sahələrə axını Azərbaycanın iqtisadi inkişafına əlavə və yeni təkan verə bilər. Bu, ölkə iqtisadiyyatına postpandemiya mərhələsində çox vacib olmaqla yanaşı, həm də böhranın fəsadlarını tezliklə aradan qaldıracağımıza dair proqnozların xeyrinə olan güclü arqumentdir".

Beləliklə, "ortada Azərbaycanın Asiya İnkişaf Bankından dəstək almaq istəyi və bu bankın bütün sahələr üzrə öz dəstəyini əsirgəməmək kimi bir reallıq var"- deyən Tamam Cəfərova qeyd etdi ki, müasir iqtisadi proseslərdə tərəfdaşların reputasiyası və imici həlledici faktora çevrilib. İmic etibarın təminatçısıdır. Bu gün dünyanın 150-dən çox ölkəsinin beynəlxalq maliyyə institutlarından kredit istədiyi dövrdə Azərbaycanın nəinki özünün özünü təmin etməsi, həm 30-a yaxın dövlətə yardım etməsi onun müsbət reputasiyanın əsas göstəricisilərindir.

Millət vəkili əmindir ki, videokonfransda müzakirə olunan məsələlər tezliklə öz həllini tapacaq və bu münasibətlərdən hər iki tərəf məmnun qalacaq!


Etiketlər:  Tamam Cəfərova Prezidentin AİB rəhbərliyi ilə görüşü Azərbaycanın qlobal maliyyə mərkəzləri arasında ciddi nüfuzumuzun göstəricisidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ