Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gizli pnevmoniyanın ilk 6 əlaməti - Dərhal həkimə müraciət edin

Gizli pnevmoniyanın ilk 6 əlaməti - Dərhal həkimə müraciət edin

Tarix: 5 Iyun 2020 23:48

Əgər pnevmoniya ilk başda aşkar edilərsə, düzgün müalicə ilə qısa müddətə ram edilə bilər.

Hazırda koronavirus pandemiyası vəziyyətində yaşadığınız üçün, ağciyərlərlə bağlı istənilən kiçik simptoma diqqətli olmağınız lazımdır.

Milli.Az medicina.az-a istinadən pnevmoniyanın ilk 6 əlamətini təqdim edir.

- Bədən hərarətinin qalxıb enməsi - Əgər 5 gün və daha artıq 37 dərəcədən yuxarı hərarət varsa, deməli, orqanizmdə güclü iltihabi proses var. Özünü müalicə ilə vaxt itirməyin

- Güclü əzginlik, yorulma, daima yatmaq istəyi - pnevmoniyanın ağırlığındandır. Son günlər bədənin soyuması, soyuq, buzlu nəsə qəbul etmək pnevmoniya yaradır

- Çox güclü öskürək, "it hürməsinə" bənzər səs. Bu zaman çay, siroplarla öskürəyi sakitləşdirməklə vaxt itirməyin.

- Təngnəfəslik, tənəffüsün ağırlaşması, tezləşməsi, kəsilməsi hissi. Xəstə daha tez-tez nəfəs alıb verir, sanki nəfəsdən doymur. Bu zaman ağciyərləri və kürəyi ağrıyır

- Ürək nəbzinin artması, sürətlənməsi, ürəkdə bir çox simptomlar da pnevmoniyanın əlamətləridir

Milli.Az


Etiketlər:  Gizli pnevmoniyanın ilk 6 əlaməti Dərhal həkimə müraciət edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ