Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 10:42
“Əgər məni yenə təhqir etsələr, bu haqda hakimə məlumat verəcəyəm. Əgər onlar lazımi ölçü götürməsələr, meydanı tərk edəcəyəm”.
Qol.az goal.com-a istinadən xəbər verir ki, bu sözləri hazırda icarə qaydasında Çinin “Şanxay Şenxua” klubunda oynayan “Mançester Yunayted”in futbolçusu Odion İqalo deyib.
Nigeriyalı hücumçu bildirib ki, o, Çində bir matçda irqçi təhqirə məruz qalıb: “Oyundan sonra heç kimlə əl tutub görüşmədən paltardəyişmə otağına getdim. Hirsli idim və hadisə haqda dərhal İngiltərə Futbol Assosiasiyasına məlumat verdim. Heç kim irqçiliklə barışmamalıdır. Dərimizin rənginə baxmayaraq, hamımız bərabərik, eyni dünyada və eyni həyatı yaşayırıq”.