Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 21:12
Şirkət məhkəmədə özünü müdafiə etmək niyyətindədir.
Google şirkətinə qarşı gizli rejimdə belə istifadəçiləri izlədiyinə görə 5 milyard dollarlıq iddia qaldırılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, artıq bununla bağlı Kaliforniya ştatının San Jose şəhərindəki federal məhkəməyə sənəd təqdim edilib.
Sənədə əsasən, Google şirkəti istifadəçi məlumatlarını özünəməxsus müxtəlif mənbələr vasitəsilə toplayır. Bura Google Analytics, Ad Manager və plug-ins də daxil olmaqla digər smartfon tətbiqləri daxildir.
İddiaçının sözlərinə görə, bu tətbiqlərdən istifadə edən Google istifadəçinin davranışını, seçimlərini və hətta şəbəkədə baxa biləcəkləri "ən intim hadisələr" haqqında bilgi toplayır. Buna görə də, iddiaçı şirkəti məhkəməyə vermək və axtarış nəhəngindən ən azı 5 milyard dollar tələb etmək qərarına gəlib.
Qeyd etmək lazımdır ki, Google şirkətinin nümayəndəsi məhkəmədə şirkətin özünü müdafiə etmək niyyətində olduğunu bildirib. Çünki incognito rejimini açan brauzer və veb-saytların istifadəçisinə axtarışları barədə məlumat toplana biləcəyi xəbərdar edilir.