Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus sosial media vərdişlərimizi necə dəyişib?

Koronavirus sosial media vərdişlərimizi necə dəyişib?

Tarix: 6 Iyun 2020 23:24

Bütün dünya karantin zamanı vərdiş etmədiyimiz bir qaydada yaşamağa çalışsa da, şəxsi seçimlərimiz və vərdişlərimiz yenidən formalaşmağa davam edir. Aktiv ictimai həyatımızdakı vərdişlərdən başqa rəqəmsal dünyadan da gözləntilərimiz tamamilə fərqli bir ölçü qazanıb. Xüsusilə ictimailəşmənin azaldığı bu dövrdə istifadəçilərin sosial media kanallarından gözləntiləri sosiallaşmaqdan dəqiq məlumat əldə etmək istiqamətində dəyişir.

Niyə sosial mediadan istifadə edirik? Son 4 ayda nə dəyişdi? İstifadəçilərin gözləntiləri nədir? kimi suallara cavab axtaran AdColony şirkəti 14-65 yaş arası iştirakçılarla "Karantin zamanında dəyişən Sosial Media vərdişləri" adlı araşdırma aparıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, tədqiqata görə, istifadəçilərin 61%-i sosial media kanallarına daha çox vaxt sərf edir. İstifadəçilərin 51%-i sosial mediadan gündəlik məlumatları öyrənmək üçün yararlandığını bildirirlər. İstifadəçilərin 51%-i reklamlar sahəsində LinkedIn-i ən etibarlı sayt hesab ediblər.

İştirakçıların 37%-i gün ərzində LinkedIn-də 30 dəqiqə zaman keçirdiyini bildirsə də, 30%-i gün ərzində LinkedIn-də yarım saatdan çox vaxt keçirir.


Etiketlər:  Koronavirus sosial media vərdişlərimizi necə dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ