Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Napoli''nin hücumçusu ''Valensiya''ya keçir

''Napoli''nin hücumçusu ''Valensiya''ya keçir

Tarix: 7 Iyun 2020 14:22

"Napoli"nin hücumçusu Xose Kalyexon rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib.

Milli.Az Apasport.az-a istinadən bidirir ki, son danışıq mənfi nəticələnincə ulduz futbolçu digər varianta üstünlük verib.

33 yaşlı ispaniyalı ölkəsinə qayıtmaq qərarına gəlib. "Valensiya" ilə ilkin danışıq artıq uğurlu alınıb və "yarasalar"ın 2 illik müqavilə təklifini Kalyexon qəbul edib. Keçid rəsmiləşərsə, oyunçunun yeni komandasında illik maaşı 3,5 milyon avro olacaq. Neapollularla müqavilə müddəti bu ayın sonu başa çatacaq futbolçu La Liqa təmsilçisinə havayı başa gələcək.

Qeyd edək ki, Xose Kalyexon bu mövsüm 32 oyunda 2 qol vurub, 9 məhsuldar ötürmə verib.

Milli.Az


Etiketlər:  Napolinin hücumçusu Valensiyaya keçir


RƏYLƏR