Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 15:33
Orqanizmin cavan qalması immunitetin güclü olması, sağlamlıq, xəstəliklərdən sığortalanmaq deməkdir. Bunun üçün daim sağlam qidalanmalı, səhhətinizin qayğısına qalmalısınız.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, ev şəraitində hazırlaya biləcəyiniz bir çox məlhəmlər var. Onlar sizi xəstəliklərdən qoruya, immunitetinizi gücləndirə bilər.
Orqanizmi cavanlaşdıracaq məlhəm üçün aşağıdakılar lazımdır:
Solmaz çiçəyi, çobanyastığı, tozağacı tumurcuğu və boymadərəndən 100 qr. götürüb, qarışdırıb, bir bankaya tökün. 1 çay qaşığı qarışıqdan götürüb, 1 stəkan qaynar suya töküb, su vannasında 15 dəqiqə saxlayın. Gündə 1 dəfə bu məlhəmi içmək lazımdır. Müalicə qarışıq qurtarana qədər davam etdirilməlidir. 1-2 il aradan sonra müalicəni yenidən davam etdirmək olar.
Sadalanan otlar apteklərdə satılır.