Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 19:36
Bakı. Trend:
Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsinə baxmayaraq bəzi vətəndaşlar tərəfindən bu qaydalara əməl edilməməsi hallarına rast gəlinməkdədir.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bayıl qəsəbəsində yaşayış ünvanlarını tərk edərək karantin qaydalarını zidd bir yerə toplaşıb “domino” oynayanlar saxlanılıb.
Belə ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə yoxlama aparılan zaman Bayıl qəsəbəsində 11 nəfərin yaşayış ünvanlarını tərk edərək karantin qaydalarını zidd bir yerə toplaşıb “domino” oynadığı ortaya çıxıb. Həmin şəxslər saxlanılaraq bölməyə gətirilib. Onlardan ikisi məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi cəzalandırılıblar.